Özbəkistanda gömrük postunda əməliyyat: 16 milyon dollarlıq “süpürgələr” aşkarlandı

Özbəkistanda gömrük postunda əməliyyat: 16 milyon dollarlıq “süpürgələr” aşkarlandı






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Avto, #Dollar, #Hadisə, #Özbəkistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Özbəkistanın Surxandərya vilayəti ərazisində külli miqdarda narkotik vasitələrin ölkəyə keçirilməsi cəhdinin qarşısı alınıb.

presstvaz-ın “Repost.uz” nəşrinə istinadən xəbərinə görə, bu barədə Özbəkistan Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “Ayritom” gömrük postunda həyata keçirilən əməliyyat zamanı mütəxəssislər Özbəkistan ərazisindən tranzit yolu ilə keçən yük avtomobilini saxlayıblar. Avtomobilin qoşqusunda 13.5 ton süpürgə olub.

Mallara baxış keçirildikdə 180 kisədə 22.5 min süpürgə aşkarlanıb. 2 986 ədəd süpürgənin tutacaqlarında isə sarı lentə bükülmüş təxminən 25 sm uzunluğunda polietilen bağlamaların gizlədildiyi məlum olub. Həmin bağlamalarda ümumi çəkisi 612 kiloqram olan həşiş aşkar edilib. Müsadirə edilən narkotiklərin qara bazarda dəyəri 16.5 milyon dollar olaraq qiymətləndirilir.

Hadisə ilə bağlı gömrük orqanları tərəfindən araşdırma aparılır.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv