11 yaşlı hematoloji xəstənin müavinəti dayandırılıb

11 yaşlı hematoloji xəstənin müavinəti dayandırılıb






presstv

"Presstv"az #Sağlamlıq, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

11 yaşlı hematoloji xəstənin müavinəti dayandırılıb.

presstvaz   Xəzər TV-yə istinadən məlumat verir ki, Surə Məmmədzadənin valideyni Badisəba Məmmmədova iddia edir ki, qızına 2019-cu ildə leykoz diaqnozu qoyulub və 2 il müddətinə 1-ci qrup əlillik təyin edilib. Lakin ötən ilin sentyabrında təyin olunan həmin müavinət dayandırılıb.

Valideyn yaranan vəziyyətin övladının sağlamlıq durumuna və sosial rifahına ciddi təsir etdiyini vurğulayır. Qeyd edir ki, uşağın stasionar müalicə alması ilə bağlı aidiyyəti qurumun tələbi bu cür xəstələr üçün düzgün yanaşma deyil.

Valideynin şikayəti ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, uşağın hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas vermir.

Məsələ ilə bağlı Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib ki, tam klinik hematoloji remissiya dövründə olan hematoloji xəstələrin stasionar müalicəyə ehtiyacı olmur və onlar yalnız 5 il müddətində hematoloqun müşahidəsində olurlar.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv