Piyadaların həyatını heçə sayan ölkə – Oralar necədir?

Piyadaların həyatını heçə sayan ölkə – Oralar necədir?






presstv

"Presstv"az #Avropa, #Avto, #avtomobillər, #Bakı, #Dollar, #Münaqişə, #Piyada zolağı, #Təhsil, #Tunis, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Oralarda necədir?” rubrikasının yeni buraxılışı yayımlanıb.

presstvaz   Baku TV-yə istinadla xəbər verir ki, bu dəfə Bakıdan 3 442 kilometr uzaqda, Aralıq dənizi sahilində yerləşən Tunis Respublikasının paytaxtı Tunisdən bəhs olunub.

Tarixi eramızdan əvvəl 814-cü ilə təsadüf edən, qədim finikiyalıların şəhəri sayılan və hazırda da qalıqları qorunan Karfagen bu müasir şəhərin yaxınlığında yerləşir.

Tunisli uşaqlar 6 yaşından məktəbə gedirlər. Dövlət məktəbləri pulsuz təhsil verir. Özəl məktəblərdə isə təhsil daha keyfiyyətlidir və hər sinifdə orta hesabla 20 şagird olur. Təhsil haqqı aya 70-350 dollar arasında dəyişir. Bu bizim pulla 119-595 manat edir.

Bu şəhərdə avtomobil idarə etmək üçün insanın əsəbləri poladdan olmalıdır. Yollarda nə piyada keçidi var, nə də piyada zolağı. Maşın yolundan keçmək üçün avtomobillərə əl ilə işarə edərək onları dayandırmaq lazım gəlir.

Tunisdə başı hicab ilə örtmək və ya avropalı kimi görünmək hər qadının öz arzusuna bağlıdır. Maraqlı məqamlardan biri isə odur ki, bəzən qadınlar ailə qurduqdan sonra ərlərinin istəyi ilə başlarını bağlayırlar. Bu kişini digər insanların yanında daha çox hörmətli edir. Amma bəzi qadınlar da ərləri bunu onlardan istəsə belə, həyat yoldaşlarına boyun əymirlər.

Tunisli qadınlar ərləri tərəfindən ailə münaqişəsi zamanı döyülsələr belə, polisə şikayət etmirlər. Cəmiyyətdə qatı dindar və müasir ailələrə rast gəlmək mümkündür. Hər iki tərəf öz ailə formatını daha doğru hesab edir.

Bu şəhərdə niqablı qadınlar dövlət müəssisələrində, ofislərdə çalışa bilməzlər. Bunun səbəbi isə terrorçuların çox vaxt niqabdan istifadə etmələridir.

Tunisdə müasir qadınlar da çoxdur. Onlar üzlərini gizlətmir, işləyir və həyatlarını istədikləri kimi yaşayırlar. Həyat yoldaşından boşanan qadınlar da ikinci dəfə ailə qura bilirlər.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv