Ermənistanda kibercinayətkarlıq 50 % artıb

Ermənistanda kibercinayətkarlıq 50 % artıb






presstv

"Presstv"az #Ermənistan, #Hadisə, #Kibercinayətkarlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən il Ermənistanda qeydə alınan kibercinayətlərin sayı 2023-cü illə müqayisədə azı 50 % artıb, bunun da 90%-ni maliyyə kibercinayətləri təşkil edib.

presstvaz report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Xüsusi Vacib İşlər Baş İdarəsinin Kibercinayətkarlıq və Yüksək Texnologiyalar sahəsində cinayətlərin araşdırılması İdarəsinin rəisi Robert Adilxanyan bildirib.

“Statistik məlumatlara görə, 2019-2023-cü illərdə qeydə alınan kibercinayətlərin sayı kəskin şəkildə artıb. Yəni 2019-cu ildə İstintaq Komitəsində 100-ə yaxın hadisə qeydə alınıb, 2023-cü ildə isə qeydə alınan cinayətlərin sayı 1 000-ə çatıb. Keçən il bu rəqəmlər azı 50 faiz artıb”, – Adilxanyan qeyd edib.

“Ermənistanda ildən-ilə daha çox cinayətin üstü açılır. Hətta vətəndaşların müraciət etməməsi halları olur, lakin konkret işin istintaqı zamanı yeni cinayətlər ortaya çıxır”, – o deyib.

Ermənistan Polisinin məlumatına görə, respublikada kibercinayətlərin sayı ildən-ilə artır. Əgər 4-5 il əvvəl hər il 300 nəfər belə cinayətlərin qurbanı olubsa, 2022-2023-cü illərdə qurbanların sayı 1 100-ü ötüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv