İran Ermənistana xəbərdarlıq etdi

İran Ermənistana xəbərdarlıq etdi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran yaxın qonşuları olan Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların aparılmasına və regionda sülhün davamlı xarakter daşımasına tərəfdardır.

Rəsmi Tehran Qafqaz bölgəsində sabitliyin hökm sürməsi üçün lazım olan addımları atmağa hazırdır.

presstvaz   Trend-ə istinadən bildirir ki, bu sözləri İranın müdafiə naziri Məhəmməd Rza Aştiani Tehranda erməni həmkarı Suren Papikyanla görüşdə səsləndirib.

İRNA agentliyinin verdiyi məlumata əsasən, görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub.

İranın müdafiə naziri diqqətə çatdırıb ki, bölgəyə kənar dövlətlərin hərbi birləşmələrini cəlb etmək əks təsir göstərə bilər. Təhlükəsizlik məsələlərini tərəflər özləri müzakirə edib yekun qərara gələ bilərlər.

Aştianinin fikrincə, regionu kənar dövlətlərin geosiyasi rəqabət meydanına çevirmək bölgənin bütün dövlətlərinin maraqlarına ziddir.

Nazir bildirib ki, Azərbaycan ilə Ermənistanın birbaşa ünsiyyəti regiona müdaxilə edib siyasi üstünlük əldə etmək istəyən qüvvələrin qarşısını alar.

“Biz hər iki qonşumuz arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasını istəyirik”, – deyə nazir vurğulayıb.

Xatırladaq ki, Ermənistanın Fransa və digər dövlətlərdən silah-sursat alması, bəzi dövlətləri regiona dəvət etməsi qonşu dövlətlər tərəfindən birmənalı qarşılanmır. İranın bəzi mətbu orqanları yazır ki, müdafiə nazirinin görüşdə səsləndirdiyi fikirlər Ermənistana edilən xəbərdarlıqdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv