Yerə yaxınlaşan təhlükəli asteroidin toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artdı

Yerə yaxınlaşan təhlükəli asteroidin toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artdı






presstv

"Presstv"az #Futbol, #Planet

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

NASA-nın Yerətrafı Obyektlərin Tədqiqatı Mərkəzinin astronomları həyəcan təbili çalır: son hesablamalara görə, 2024 YR asteroidinin planetimizlə toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artıb.

presstvaz   bu barədə “The Guardian”a istinadla məlumat verir.

Mütəxəssislərin hesablamalarına görə, 2032-ci ildə baş verə biləcək kosmik obyektin Yerlə toqquşma ehtimalı hazırda 2.3% təşkil edir. Bundan əvvəl asteroidin zərbə ehtimalı 1.3% təşkil edirdi.

2024 YR4 ilk dəfə 27 dekabr 2024-cü ildə Çilidəki “El Sauce” rəsədxanasında aşkar edilib. Astronomların hesablamalarına görə, onun diametri 40-90 metr arasındadır. Yeni ilə qədər o, NASA tərəfindən xüsusi diqqət tələb edən obyekt kimi qeyd edilib.

Futbol meydançası ölçüsündə olan asteroid “şəhərqıran” kateqoriyasına aid edilib. Mütəxəssislərin hesablamalarına görə, onun atmosferdə partlayışının gücü Xirosima bombasından 500 dəfə çox olacaq. Alimlər bildiriblər ki, nəticələr düşmə yerindən asılı olacaq. Mümkün zərbə zonaları Sakit və Atlantik okeanları, Cənubi Amerika, Afrika və Cənubi Asiya göstərilir. Elm adamlarının sözlərinə görə, asteroidin zərbəsi krater yaratmayacaq, lakin böyük şəhəri məhv edə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv