Yolların qar və buzdan təmizlənmə GÖRÜNTÜLƏRİ

Yolların qar və buzdan təmizlənmə GÖRÜNTÜLƏRİ






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), #Nəqliyyat, #Quba, #Şamaxı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gecə boyu və səhər yolların qar və buzdan təmizlənməsi işləri aparıb.

presstvaz   xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.

Məlumata görə, bölgələrdə qurumun xidmət etdiyi yollara, xüsusi ilə daha tez qar tutan və buzlaşan yollara öncədən qar təmizləyən və duz-qum qarışığı səpən texnikalar çıxarılıb.

Gecə boyu və səhər Yardımlı, Lerik, Qusar, Quba, Şamaxı və digər rayonlarda bütün avtomobil yolları nəzarətdə saxlanılıb. Agentliyin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz, fasiləsiz hərəkəti təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

“Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmaları, sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları xahiş olunur. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etmələri tövsiyə olunur”, – deyə agentlik bəyan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv