Netanyahu Qəzzada müharibəni dayandırmaq üçün ŞƏRTİNİ AÇIQLADI

Netanyahu Qəzzada müharibəni dayandırmaq üçün ŞƏRTİNİ AÇIQLADI






presstv

"Presstv"az #Benyamin Netanyahu, #Hakim, #HƏMAS hərəkatı, #İsrail, #Münaqişə, #Qəzza, #Qəzza zolağı, #Silahlı münaqişə, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrailin Baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS hərəkatının liderləri sürgünə yollanacaqları təqdirdə Qəzza zolağında müharibəni dayandırmağa hazırdır.

presstvaz-ın məlumatına görə, bu barədə “Axios” məlumatlı mənbələrə istinadən xəbər verir.

Bildirilir ki, Netanyahu Vaşinqtona səfəri zamanı HƏMAS-ın hakimiyyətdən imtina edəcəyi və onun liderlərinin sektoru tərk edəcəyi təqdirdə Qəzzada müharibənin dayandırılması planını təqdim edib.

Qeyd olunur ki, Netanyahu daha çox girovun azad edilməsi üçün HƏMAS-la razılaşmanın birinci mərhələsini uzatmaq istəyir. Bunun müqabilində İsrail daha çox fələstinli məhbusu azad etməyə hazırdır.

Bu baş tutarsa, sazişin ikinci mərhələsi üzrə danışıqlar zamanı Netanyahu HƏMAS-a Qəzza sektorunda müharibənin dayandırılmasını və sazişin birinci mərhələsində İsrailin azad etməyə razılaşmadığı yüksək rütbəli fələstinli məhbusların azad edilməsini təklif etməyi planlaşdırır.

Bunun əvəzində İsrail baş naziri HƏMAS-dan qalan girovları azad etməyi, Qəzzada hakimiyyətdən imtina etməyi və həbsxanadan azad ediləcək şəxslər də daxil olmaqla onun liderlərinin sürgünə getməsini tələb edəcək.

“Benyamin Netanyahu və İsrail rəhbərliyi HƏMAS-ın ali rəhbərliyinin üçüncü ölkəyə sürgünə getməsinə icazə verilməsini nəzərdə tutan plan hazırlayıb”, – deyə mənbələrdən biri bildirib.

Bu arada yüksək rütbəli İsrail rəsmiləri iddia edirlər ki, HƏMAS artıq Qəzza üzərində mülki nəzarətdən imtina etməyə və bərpa prosesi üzrə məsuliyyəti Fələstin Milli Administrasiyasına və ya müstəqil komitəyə ötürməyə razılaşıb.

Bununla belə, nəşrin həmsöhbətlərindən birinin fikrincə, anklavdakı HƏMAS liderlərinin sürgünə getməyə razılaşması şansı son dərəcə azdır.

O qeyd edib ki, bu, girovların azad edilməsi və atəşkəs barədə razılaşmanın pozulmasına, ümumilikdə müharibənin yenidən başlanmasına gətirib çıxara bilər.

Xatırladaq ki, İsrail və HƏMAS arasında atəşkəs yanvarın 19-da qüvvəyə minib. Razılaşma üç mərhələni nəzərdə tutur. Birinci mərhələdə qruplaşma İsrail həbsxanalarında olan 1.5 min fələstinli məhbusun müqabilində 33 İsrail girovunu azad etməlidir. Şərtləri hələ dəqiqləşdirilməli olan ikinci və üçüncü mərhələlərdə əsirlərin mübadiləsi davam edəcək. Üçüncü mərhələdə isə silahlı münaqişə zamanı dağıdılmış Qəzza sektorunun infrastrukturunun bərpası başlanmalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv