Məhkəmə Trampın vətəndaşlıqla bağlı fərmanının qüvvəsini qeyri-müəyyən müddətə dayandırdı

Məhkəmə Trampın vətəndaşlıqla bağlı fərmanının qüvvəsini qeyri-müəyyən müddətə dayandırdı






presstv

"Presstv"az #ABŞ, #ABŞ vətəndaşlığı, #Donald Tramp, #Hakim, #Qeyri-qanuni miqrantlar, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın doğum hüququ əsasında vətəndaşlıq verilməsinin məhdudlaşdırılması haqqında fərmanının qüvvəsi qeyri-müəyyən müddətə dayandırılıb.

presstvaz-ın “The Washington Post” qəzetinə istinadla verdiyi məlumata görə, Merilend ştatının federal hakimi bu barədə qərar çıxarıb.

Bildirilir ki, bir sıra hüquq-müdafiə təşkilatları tərəfindən ABŞ prezidentinin fərmanının ləğvinə nail olmaq cəhdi ilə bağlı təqdim edilmiş iddia üzrə dinləmədən sonra hakim Debora Bordmen müvəqqəti məhkəmə qadağası qərarı çıxarıb.

Hakimin sözlərinə görə, fərman ABŞ konstitusiyasının 14-cü düzəlişinin mətninə birbaşa ziddir.

Müddətsiz qadağa işə baxıldığı vaxt ərzində və ya yuxarı məhkəmə instansiyası onu ləğv edənə qədər qüvvədə qalacaq.

Xatırladaq ki, yanvarın 20-də vəzifəsinin icrasına başlayan Tramp həmin gün axşam doğum hüququ əsasında ABŞ vətəndaşlığının verilməsinin məhdudlaşdırılması haqqında fərman imzalayıb. Sənəd qeyri-qanuni miqrantların uşaqlarına doğum hüququ əsasında vətəndaşlığın verilməsinə məhdudiyyətlər nəzərdə tutur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv