ABŞ gəmiləri Panama kanalından pulsuz keçəcəklər?

ABŞ gəmiləri Panama kanalından pulsuz keçəcəklər?






presstv

"Presstv"az #ABŞ, #ABŞ Dövlət Departamenti, #Dollar, #Donald Tramp, #Gəmi, #Hakim, #kanalda

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Panama kanalının rəhbərliyi kanaldan keçməyə görə rüsumlarda heç bir dəyişiklik tətbiq etməyib.

presstvaz   xəbər verir ki, bu barədə Panama kanalının “X” sosial şəbəkəsi hesabında məlumat verilib.

ABŞ Dövlət Departamenti Amerika gəmiləri üçün Panama kanalından keçməyə görə ödənişin ləğv edildiyini açıqladıqdan sonra Panama tərəfi müvafiq məlumat yayıb.

Panama kanalının rəsmi məlumatında deyilir: “Panama kanalının rəhbərliyi ABŞ-nin müvafiq məmurları ilə bu dövlətin hərbi gəmilərinin tranziti ilə bağlı dialoq qurmağa hazırdır”.

ABŞ hökumətinə məxsus gəmilər Panama kanalından ödənişsiz keçə biləcəklər.

presstvaz   xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti “X” sosial şəbəkə hesabında məlumat verib.

Məlumatda deyilir: “Birləşmiş Ştatlar hökumətinin gəmiləri indi Panama kanalından ödəniş etmədən keçə bilərlər, bu da ABŞ hakimiyyətinə hər il milyonlarla dollar qənaət etməyə imkan verəcək”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də inauqurasiya mərasimində çıxış edərkən Panama kanalını geri almaq niyyətində olduğunu bildirmişdi.

1914-cü ildə istifadəyə verilən gəmiçilik kanalı ABŞ tərəfindən tikilib və onun nəzarətində olub. 1977-ci ildə Torrixos-Karter müqaviləsi kanalın Panamaya mərhələli şəkildə verilməsini təmin edib və bu proses 1999-cu ildə başa çatıb. Saziş kanalın neytral statusunu və dünya ticarətinin maraqları naminə əlçatanlığını nəzərdə tuturdu. Bu gün o, qlobal iqtisadiyyatda ən vacib marşrut və ABŞ-nin maraqlarının əsas obyektlərindən biri olaraq qalır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv