“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır

“Azərbaycan Uşaq Qaynar Xətt Xidməti” 2024-cü il üzrə hesabatını açıqlayır






presstv

"Presstv"az #Azercell, #Azərbaycan, #Azərcell mobil operatoru, #Sosial şəbəkələr, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azercell”in dəstəyi ilə fəaliyyət göstərən xidmətə ötən il ərzində 3500-dən çox müraciət daxil olub.

2024-cü il ərzində Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə (AUQX) ümumilikdə 3635 müraciət daxil olub. 24/7 rejimdə müraciətlərin qəbulunu təmin edən xidmət uşaqların və ailələrin problemlərinə operativ dəstək göstərib.

Daxil olan sorğuların ilkin emalından sonra 140 ailə ilə fərdi görüşlər təşkil olunub, bu ailələrin uşaqları ilə sosial-psixoloji reabilitasiya işləri həyata keçirilib, hüquqi, psixoloji və psixososial yardım göstərilib. Həmçinin daxil olan müraciətlərə əsasən 62 məktəb və ailəyə təcili-təxirəsalınmaz səfərlər təşkil edilib.

Zənglərin təsnifatına gəldikdə, hesabat ilində AUQX-ə daxil olan müraciətlərin əksəriyyəti uşaqların hüquqlarının qorunması, psixoloji dəstək və sosial problemlərin həlli ilə bağlı olub. Belə ki, hüquqi sahə ilə bağlı 1090, psixoloji problemlərlə əlaqəli 618, sosial sahəyə aid 364, təhsil üzrə 290, səhiyyə üzrə 73 müraciət daxil olub. Digər zənglər isə ümumi xarakterli suallar, xidmət haqqında məlumat sorğuları və digər müxtəlif mövzularla əlaqəli olub.

Müraciətlərin 1999-u kişilər tərəfindən, 1236-sı qadınlar tərəfindən, 400-ü isə anonim şəkildə edilib. Zənglərin yaş təsnifatına əsasən, onların 2799-u 18 yaşdan yuxarı, 436-sı isə 18 yaşdan aşağı uşaqlardan gəlib, qalan müraciətlər anonim olub.

Xidmət fəaliyyətini müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqda həyata keçirir. Eyni zamanda hər il əhalinin məlumatlılığının artırılması, qaynar xəttə daha çox diqqətin cəlb edilməsi, uşaq və yeniyetmələr üçün əlçatanlığın təmin edilməsi məqsədilə qaynar xətt xidmətinin əməkdaşları tərəfindən müxtəlif maarifləndirilmə tədbirləri həyata keçirilir.

“Uşaq Qaynar Xətt”i 116111 qısa nömrəsi, dörd mobil xətt (+994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80), elektron poçt (ushaqqaynarxetti@gmail.com), “Facebook” və “Instagram” sosial şəbəkələri, “uşaqqaynarxetti” mobil tətbiqi, həmçinin AUQX veb-saytındakı canlı çat üzərindən xidmət göstərir.

“Azercell Telekom” MMC fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi “Azercell” səhifəsinə daxil olun.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv