Qusar xəstəxanası 20 min, direktoru üç min manat cərimələndi

Qusar xəstəxanası 20 min, direktoru üç min manat cərimələndi






presstv

"Presstv"az #Araşdırma, #Baş Prokurorluq, #İnzibati Xətalar Məcəlləsi, #Quba, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.

presstvaz   xəbər verir ki, bu barədə Qusar Rayon Prokurorluğunun məlumatında deyilir.

“Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs (PHŞ) tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan bir nəfərin xəstəxanada müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda PHŞ barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə publik hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda PHŞ-nin direktoru Kamil Hacıyev barəsində həmin məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla üç min manat məbləğində inzibati cərimə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv