Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Bu gündən yeni sərtləşdirilmiş qaydalar qüvvəyə mindi

Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Bu gündən yeni sərtləşdirilmiş qaydalar qüvvəyə mindi






presstv

"Presstv"az #Deportasiya, #Deportasiya rejimi, #Miqrantların deportasiyası, #Qeyri-qanuni miqrantlar, #Rusiya, #Rusiyada işləyən azərbaycanlılar, #Rusiyada miqrantlar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyada bu gündən miqrant uşaqların valideynlərinə qarşı tədbirlər qüvvəyə mindi.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə TASS xəbər yayıb.

Bildirilib ki, bu əmrə əsasən, əcnəbilərin yetkinlik yaşına çatmayan uşaqları arzuolunmaz hesab edilərsə, onların özlərinin də ölkədə qalması arzuolunmaz hesab ediləcək. Bu o deməkdir ki, əcnəbinin uşağı ölkədə qalma qaydalarını pozarsa, təkcə o deyil, valideynləri də deportasiya ediləcəklər.

Əcnəbinin Rusiyada qalmasının arzuolunmaz hesab edilməsi barədə qərar ölkəyə giriş zamanı pozuntular, sənədlərin olmaması və ya itirilməsi, icazə verilən müddət bitdikdən sonra ölkədən çıxmaqdan yayınma, həmçinin dövlətin təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına təhlükə yaratdığı hallarda qəbul edilə bilər. Bu əsasların siyahısına əcnəbinin konstitusiya quruluşunun əsaslarının, digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün təhlükə yaratdığı hallar da daxildir.

Arzuolunmaz hesab edilən əcnəbilər müəyyən edilmiş müddətdə ölkəni tərk etməlidirlər, əks halda deportasiya olunacaqlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv