Bricit Makronu kişi adlandıran jurnalist Fransanın birinci xanımını məhkəməyə verəcək

Bricit Makronu kişi adlandıran jurnalist Fransanın birinci xanımını məhkəməyə verəcək






presstv

"Presstv"az #Araşdırma, #Emmanuel Makron, #Fransa, #Hakim, #Məhkum, #Rusiya, #Rusiya Dövlət Duması, #Transgender

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin əslində, kişi olduğunu iddia etdiyinə görə məhkum olunmuş fransalı jurnalist Nataşa Rey yaxın vaxtlarda Paris məhkəməsində ölkənin birinci xanımına qarşı iddia qaldıracaq.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə onun vəkili Fransua Danqlean “RİA Novosti”yə müsahibəsində bildirib.

“Biz Reyin məhkum edilməsinə nail olan şəxslərə – Paris istintaq hakiminə, həmçinin Kann Apellyasiya Məhkəməsinin və Kassasiya Məhkəməsinin hakimlərinə qarşı bu saxta hökm çərçivəsində şikayət edəcəyik”, – deyə müdafiəçi bildirib.

Onun sözlərinə görə, şikayət Bricit Makron-Tronye və onun qardaşı Jan-Mişel Tronyeyə, həmçinin onların vəkilinə və “prosesi saxtalaşdıran” üç hakimə qarşı yönələcək.

Qeyd edək ki, Danqlean fevralın 3-də bildirmişdi ki, Rey Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoydan bu ölkədə siyasi sığınacaq istəyib, çünki Fransada Bricit Makron haqqında araşdırmasına görə hüquqi təqiblə üzləşib.

Xatırladaq ki, 2024-cü ilin sentyabrında Paris məhkəməsi Rey və “medium” Amandin Ruanı 14 min avro cərimələyib. Həmçinin məhkəmə Bricitə səkkiz min avro və onun qardaşına beş min avro mənəvi zərərin ödənilməsinə qərar verib.

Makron həyat yoldaşının transgender olması barədə şayiələri təkzib edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv