FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM

FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM






presstv

"Presstv"az #Avto, #Beynəlxalq Şahmat Federasiyası (FIDE), #Maqnus Karlsen, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beynəlxalq Şahmat Federasiyası (FIDE) “Freestyle Chess Grand Slam Tour”da iştirak etməyi planlaşdıran idmançıların 4 fevral tarixinədək alternativ dünya çempionatlarında iştirakdan imtina sənədini imzalamalı olduqlarını bildirib. Bu, şahmatçılara FIDE dünya çempionu adına namizəd olmaq hüququnu saxlamağa imkan verəcək.

presstvaz   bu barədə “Kommersant” qəzetinə istinadən məlumat verir.

Bildirilir ki, FIDE sözügedən turnirin dünya çempionatı kimi təqdim edilməsindən narazıdır. Tərəflər əməkdaşlıq barədə razılığa gələ bilməyiblər.

“Freestyle Chess Tour” təşkilatçıları FIDE-nin dünya çempionu titulu ilə bağlı mövcud avtoritetini tanımamağa, həmçinin açıq və şəffaf kvalifikasiya prosesi keçirmək əvəzinə, əsasən diqqətlə seçilmiş elit oyunçuların iştirak etdiyi özəl turnir olaraq qalmağa qərar veriblər”, – deyə federasiyanın mətbuata açıqlamasında deyilir.

Qeyd edək ki, “Freestyle Chess Grand Slam Tour”un təşkilatçıları şahmatçı Maqnus Karlsen və alman investor Yan Henrik Büttnerdir.

“Freestyle Chess Tour” “Fişer” şahmatı formatında turnir seriyasıdır. Burada fiqurların düzülüşü oyundan əvvəl təsadüfi püşk atma ilə müəyyən edilir. Təşkilatçılar ən çox xal toplayan şahmatçını dünya çempionu elan edirlər.

Son illər ərzində Karlsenin FIDE ilə bir neçə münaqişəsi olub. 2022-ci ildə federasiya çempionluq matçının formatında radikal islahatlarla bağlı təkliflərini rədd etdikdən sonra Karlsen dünya çempionu titulundan imtina edib. O, 2024-cü ilin dekabrında geyim qaydaları ilə bağlı münaqişəyə görə rapid və blits çempionatını tərk edib. Şahmatçı o zaman “özünü FIDE ilə müharibə vəziyyətində” hiss etdiyini bəyan edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv