Yaponiyaya 1972-ci ildən bu yana rekord miqdarda qar yağıb: Xəbərdarlıq edildi

Yaponiyaya 1972-ci ildən bu yana rekord miqdarda qar yağıb: Xəbərdarlıq edildi






presstv

"Presstv"az #Hava proqnozu, #Orta məktəb, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 4-nə keçən gecə Yaponiyanın şimalına rekord miqdarda qar yağıb. Pis hava şəraiti xüsusən Hokkaydo prefekturasının bəzi ərazilərinə təsir edib.

presstvaz-ın xəbərinə görə, bu barədə “RBC.ua” nəşri məlumat verib.

Məlumata görə, Hokkaydo prefekturasının Tokaçi dairəsinin Obihiro şəhərinə 12 saat ərzində 120 sm-dən çox qar düşüb və rekord göstərici olub. Yaponiyanın özəl hava proqnozu şirkəti olan “Weathernews Inc”in məlumatına görə, bu hündürlükdə qar sonuncu dəfə 1972-ci ildə yağıb.

Kyusyu bölgəsinin bəzi ərazilərində havanın temperaturu artıq mənfi 12 dərəcədən aşağı düşüb.

Yaponiyanın bəzi yerlərində qar fırtınası və tufan gözlənilir, meteorologiya idarəsi həm sakinlərə, həm də ölkənin qonaqlarına güclü qar, çovğun və yüksək dalğalar barədə xəbərdarlıq edib.

Pis hava şəraiti nəticəsində elektrik enerjisi kəsilmələri, ağacların aşması və uçqun kimi hallar baş verə bilər. Həmçinin insanlara ildırım çaxması və tornado təhlükəsi barədə xəbərdarlıq edilib. Xəbərdarlıqda bəzi ərazilərdə qeyri-sabit hava şəraitinin daha da kəskinləşəcəyinin gözlənildiyi bildirilib.

Eyni zamanda Yaponiyanın ən böyük aviaşirkətləri “All Nippon Airways” və “Japan Airlines” şirkətləri müvafiq olaraq 34 və 29 daxili reysi ləğv etdiklərini (təxminən 5.800 nəfərə təsir göstərəcək – red.) açıqlayıblar.

Bundan əlavə, Hokkaydonun 44 bölgəsində 379 dövlət ibtidai və orta məktəbi müvəqqəti olaraq bağlanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv