Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə Milli Mətbuat katibi təyin olunub

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə Milli Mətbuat katibi təyin olunub






presstv

"Presstv"az #Arzu Hüseynova, #Avropa, #Avroviziya, #Azərbaycan, #Bakı, #Bakı Dövlət Universitetini, #Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, #COP29, #Formula-1 Baku (2025), #Milli Mətbuat, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Arzu Hüseynova Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Milli Mətbuat katibi təyin olunub.

presstvaz   xəbər verir ki, o bu barədə özünün “Linkedin” səhifəsində paylaşım edib.

Arzu Hüseynova 2022-ci ildən BŞH-də media əməliyyatları meneceri vəzifəsində çalışıb.

A.Hüseynova 2001-2008-ci illərdə fərqlənmə diplomu ilə Bakı Dövlət Universitetinin jurnalistika və beynəlxalq jurnalistika ixtisasları üzrə bakalavr və magistr pillələrini bitirib. Hazırda “Oxford School of Marketing” proqramı üzrə təhsilini davam etdirir.

O, peşə fəaliyyətinə 2005- ci ildə “İctimai Televiziya və Radio Yayımları” şirkətində redaktor kimi başlayıb. 2015-2019-cu illərdə Azərbaycan Respublikası Alternativ Enerji Mənbələri üzrə Dövlət Agentliyində beynəlxalq əlaqələr və hüquq şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

18 ilə yaxın əmək fəaliyyəti dövründə A.Hüseynova özəl və dövlət qurumlarında ictimaiyyətlə əlaqələr, kommunikasiya, marketinq, layihələrin idarə olunması üzrə müxtəlif vəzifələrdə işləyib. “Avroviziya” mahnı müsabiqəsi, 2015-ci il Bakı Avropa Oyunları, 2017-ci il İslam Həmrəyliyi Oyunları, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) və sair əhəmiyyətli beynəlxalq tədbirlərin təşkilat komitələrində fəaliyyət göstərib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv