“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib






presstv

"Presstv"az #Avto, #Elektron hərrac portalı, #Hərrac, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, #SİMA İmza

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza “Elektron Hərrac Portalı”na inteqrasiya olunub.

İnteqrasiya nəticəsində herrac.gov.az portalında keçirilən elektron hərraclarda protokolların “SİMA İmza” mobil tətbiqi sayəsində məsafədən imzalanması mümkün olub. Vətəndaşlar portala daxil olduqdan sonra məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan avtomobil, mənzil, qeyri-yaşayış sahəsi, fərdi yaşayış evi və s. satışı ilə bağlı hərraclarda iştirak edə bilərlər.

Hərrac başa çatdıqdan sonra tərəflər qanunla müəyyən edilmiş müddətdə protokolu “SİMA İmza” ilə imzalayırlar. Protokol imzalandıqdan sonra bu barədə hərrac iştirakçılarına elektron bildiriş göndərilir.

Xatırladaq ki, buna qədər vətəndaşların herrac.gov.az portalına digital.login vahid giriş sistemi üzərindən “SİMA İmza” ilə girişi təmin edilmişdi. Sonuncu inteqrasiya sayəsində isə hərrac prosesində təqdim olunan protokolların heç yerə getmədən, sürətli, rahat və etibarlı şəkildə “SİMA İmza” ilə imzalanması təmin olunub.

SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. Daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv