MTK sakinləri dörd ildir necə aldadır? – Ortada nə pul var, nə də ev

MTK sakinləri dörd ildir necə aldadır? – Ortada nə pul var, nə də ev






presstv

"Presstv"az #Nərimanov rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxtın Nərimanov rayonu Qarabağ küçəsi, 33 ünvanında yaşayan sakinlər tikinti şirkətinin illərdir onların evlərini təhvil vermədiyindən şikayətçidirlər.

Sakinlərin sözlərinə görə, onlara evləri sökülərkən yeni mənzillə təmin olunacaqları deyilsə də, həmin vaxtdan dörd ilə yaxın müddət keçib, lakin mənzil-tikinti kooperativi (MTK) vədinə əməl etmir.

“İl yarıma binamızın tikiləcəyini dedilər. Dörd ilə yaxındır, çöldəyik. Nə kirayə pulumuzu verirlər, nə də evlə təmin edirlər. Şirkətə gedəndə də qapısı bağlı olur, qaçıb gizlənirlər”, – deyə şikayətçilər narazılıqlarını bildiriblər.

Baku TV-nin çəkiliş qrupu məsələni dəqiqləşdirmək üçün MTK-nın ofisinə yollansa da, şirkət nümayəndələri sualları cavablamaq istəməyiblər.

Daha sonrakı çəkiliş zamanı isə artıq satış ofisinin adının yazıldığı lövhə çıxarılaraq, məsələyə aydınlıq gətirməkdən yenidən imtina edilib.

Daha ətraflı videomaterialda:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv