Avropanı bürüyən qum fırtınasının tozlarında radioaktiv maddələr tapıldı

Avropanı bürüyən qum fırtınasının tozlarında radioaktiv maddələr tapıldı






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Avropa, #Fransa, #SSRİ

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropanı bürüyən qum fırtınasının tozlarında radioaktiv maddələr tapılıb.

presstvaz-ın verdiyi məlumata görə, beynəlxalq iqlimşünaslar qrupu aparılan araşdırmadan sonra bu qənaətə gəlib. Tədqiqatın nəticələri nüfuzlu “Science Advances” elmi jurnalında dərc edilib.

Bildirilir ki, üç il əvvəl Saxara səhrasından güclü toz fırtınası Avropanın böyük hissəsini bürüyüb. Alimlər küləyin gətirdiyi tozun 1960-cı illərdə səhranın Əlcəzair hissəsində aparılan Fransa nüvə sınaqları ilə əlaqəli radioaktiv hissəciklər ehtiva edib-etmədiyini yoxlamağa qərar veriblər.

Tədqiqatçılar qrupu Avropanın müxtəlif yerlərindən toplanmış 53 toz nümunəsini təhlil edib. Nəticələr radioaktiv izotopların mövcudluğunu təsdiqləyib. Onların konsentrasiyası insan sağlamlığı üçün təhlükə yaradacaq qədər yüksək olmayıb. Bununla belə, əsl sürpriz bu hissəciklərin mənşəyi olub: plutonium izotoplarının nisbətinin təhlili göstərib ki, onların mənbəyi Fransa bombaları deyil, 1950-1960-cı illərdə ABŞ və SSRİ tərəfindən aparılan daha güclü nüvə sınaqları olub.

“Tozdakı plutonium izotoplarının nisbəti ABŞ və SSRİ tərəfindən partladılan bombaların xüsusiyyətlərinə uyğun gəlir”, – deyə alimlər izah ediblər.

Bu ölkələr birbaşa Saxarada sınaqlar keçirməsələr də, onların partlayışları o qədər güclü olub ki, radioaktiv hissəciklər atmosferə düşərək səhraya çöküb və daha sonra küləklər vasitəsilə Avropaya daşınıb.

Tədqiqat nüvə sınaqlarının qlobal nəticələrini və nüvə texnologiyalarından istifadəyə məsuliyyətli yanaşmanın vacibliyini xatırladır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv