KOBİA biznes biliklərinin artırılması üzrə dəstək və xidmətlərindən 13 mindən çox şəxs faydalanıb

KOBİA biznes biliklərinin artırılması üzrə dəstək və xidmətlərindən 13 mindən çox şəxs faydalanıb






presstv

"Presstv"az #Almaniya, #Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2024-cü ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) biznes biliklərinin və bacarıqlarının artırılması üzrə dəstək və xidmətlərindən 13 mindən çox sahibkar, startap və biznesə başlamaq istəyən şəxs faydalanıb.

presstvaz   xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, ötən il KOB subyektlərinin biznes sahəsində bilik və bacarıqlarının yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə KOBİA tərəfindən 1 047 təlim təşkil olunub. Təlimlər KOB-ların təlim ehtiyaclarına uyğun olaraq, satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarə edilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes planın hazırlanması, layihələrin idarə olunması, yaşıl iqtisadiyyat və digər mövzuları əhatə edib. 41 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməsi üçün “Almaniya ilə biznes əməkdaşlığı” Proqramı çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

KOBİA-nın video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 618 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.

KOBİA tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 2 473 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib.

Agentlik 2024-cü ildə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 1 137 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək verib.

Ümumilikdə 2024-cü ildə agentliyin KOB subyektlərinin biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 13 mindən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv