Həsən Məmmədovun atası hansı hərəkətinə görə ondan küsmüşdü?

Həsən Məmmədovun atası hansı hərəkətinə görə ondan küsmüşdü?






presstv

"Presstv"az #Azərbaycan Respublikasının Xalq artisti, #Fəxri xiyaban, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Böyük dayaq”, “Arşın mal alan”, “Bir cənub şəhərində”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Dədə Qorqud”, “Arxadan vurulan zərbə”, “Bizi bağışlayın”, “İstintaq” və başqa filmlərdə yaddaqalan obrazlar yaradan aktyor Həsən Məmmədov 22 noyabr 1938-ci ildə dünyaya göz açıb. Aktyor kinoya “Böyük dayaq” filmi ilə gəlib.

Bu filmdə canlandırdığı “Qaraş” obrazı ona şöhrət gətirib. Film eyni zamanda aktyorun atasının da ona olan münasibətlərinin düzəlməsində önəmli rol oynayıb.

Çünki müəllim olmaqdan imtina edərək teatra üz tutan Həsən Məmmədova atası nəinki dəstək olmayıb, hətta ondan küsüb. H.Məmmədov kinostudiyanın yaxınlığındakı kirayə yaşadığı həyətdə tələbələrlə birlikdə qalırdı. Həmin tələbələrdən biri – Lətifə adlı qız aktyorun diqqətini cəlb etmişdi.

Çəkilişlərdən vaxt tapan kimi o, bu qızın arxasınca düşərdi. Bu vəziyyət 3-4 ay davam edir. Qız isə kim olduğunu bilmədiyi səssiz oğlana uzaqdan bağlanırdı. Aralarında 8 yaş fərq olan cütlük 1967-ci ildə evlənib və onların iki övladı dünyaya gəlib.

Ömrünün son illərində ürək xəstəliyindən, yüksək qan təzyiqindən əziyyət çəkən aktyor hətta ağır ürək əməliyyatı da keçirib. Bütün səylərə baxmayaraq, H.Məmmədov 2003-cü ilin avqustun 26-da dünyasını dəyişib. O, İkinci Fəxri xiyabanda dəfn olunub.

Xalq artisti Leyla Şıxlinskaya Həsən Məmmədovla bağlı xatirələrindən bəhs edərkən bildirib ki, onunla ilk tanışlığı “Arşın mal alan” filmi ilə olub.

“Həsən ilə olan səhnələrim çox rahat, sakit keçirdi, sanki bu insanı çoxdan tanıyırmış kimi hiss edirdim. “Gün keçdi” filmində oynadığımız zaman bir səhnəmiz var idi ki, Əsmər Oqtayın evinə gəlir, birlikdə şəkillərə baxırlar. Sonra Oqtay gəlib arxadan Əsməri qucaqlamalı, əllərini onun boynuna qoymalı idi. Mən də gözləyirəm ki, o nə vaxt gəlib əllərini çiynimə qoyacaq. Bir neçə dəfə səhnəni çəkməyə cəhd etdik, alınmadı. Əlləri kəpənəyin qanadları kimi uçurdu, boynuma qoya bilmirdi. Artıq səbrim daşdı, ona “Həsən, mənim yerimdə dur, bax, əllərini belə qoyarsan” dedim. “Ay Leyla xanım, nə yaxşı aktrisasınız, gözəl rola girdiniz” dedi. Onun dünyadan köçməyi mənə çox təsir edib, bu gerçəyi heç cür qəbul edə bilmirəm”, – deyə Xalq artisti əlavə edib.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv