Deputat: “Mikromobilliyin inkişafı nəqliyyat infrastrukturu üçün yeni yanaşmadır”

Deputat: “Mikromobilliyin inkişafı nəqliyyat infrastrukturu üçün yeni yanaşmadır”






presstv

"Presstv"az #Azərbaycan, #Milli Məclis, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanda mikromobillik vasitələrindən və modelindən istifadə edilməsi nəzərdə tutulur. Çünki məqsəd bu modelə transformasiyanı həyata keçirməkdən ibarətdir”.

presstvaz bildirir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bununla bağlı qanunvericiliyə dəyişiklik edilib:

“Elektrik mühərriki kiçik nəqliyyat vasitələrinin, velosipedlərin, o cümlədən, digər yol istifadəçilərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qanunverici baza formalaşdırılıb. Burada məqsəd nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması, eyni zamanda, mikromobil vasitələrdən istifadə olunması və onlardan istifadə edən vətəndaşlarımız üçün daha geniş imkanların yaradılmasından ibarətdir. Bu, həm fərdi, həm də ictimai nəqliyyatda diversifikasiyanın, yəni daha çox şaxələnmənin tətbiq edilməsinə, digər tərəfdən, təhlükəsiz şəkildə mikromobil vasitələrdən istifadə edən vətəndaşlarımızın hərəkətinin tənzimlənməsinə imkan yaradır”.

“Ona görə də sözsüz ki, beynəlxalq praktika və xüsusən də inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək, mikromobilliyin inkişaf etməsi, bütövlükdə nəqliyyat infrastrukturu üçün Azərbaycanda yeni bir yanaşmadır. Amma sözsüz bu yanaşma birmənalı şəkildə beynəlxalq standartlar çərçivəsində həyata keçirilən islahatdır”, – deyə deputat əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv