Əli Əsədov Qazaxıstan hökumətinə minnətdarlığını bildirdi

Əli Əsədov Qazaxıstan hökumətinə minnətdarlığını bildirdi






presstv

"Presstv"az #Aktau, #Aktau şəhəri, #Avrasiya İqtisad, #Avropa, #Avto, #Azərbaycan, #Azərbaycan Hava Yolları QSC (AZAL), #Əli Əsədov, #Nazirlər Kabineti, #Qazax, #Qazaxıstan, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yanvarın 31-də Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda qonaq qismində iştirak edib.

presstvaz   bu barədə Nazirlər Kabinetinin məlumatına istinadən xəbər verir.

İclasda çıxış edən Ə.Əsədov AZAL-a məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında operativ reaksiyaya, həmçinin fəlakətin səbəblərinin araşdırılmasında göstərdiyi köməyə görə Qazaxıstan hökumətinə minnətdarlığını bildirib.

Baş nazir qeyd edib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan tərəfdaşları ilə əlaqələri artıq 30 ildən çoxdur, möhkəm dostluq və qarşılıqlı hörmət ənənələri əsasında uğurla inkişaf edir.

Vurğulanıb ki, qarşılıqlı səfərlərin və təmasların intensivliyi müxtəlif səviyyələrdə ikitərəfli dialoqun müsbət dinamikasından xəbər verir.

Ə.Əsədov bildirib:

“Bu gün qarşılıqlı fəaliyyətimiz müxtəlif sahələrdə çoxsaylı qarşılıqlı faydalı layihələrlə zəngindir. İqtisadi-ticari əməkdaşlığın müsbət dinamikası xüsusi məmnunluq doğurur. Ötən il Azərbaycanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 14 faizdən çox artıb”.

İnvestisiya əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyi vurğulanıb.

“Ölkələrimiz arasında böyük investisiya layihələri paketi həyata keçirilir. Bəzi tərəfdaşlarımızla iqtisadiyyatın müxtəlif sahələrinə qarşılıqlı investisiyaları səfərbər etmək üçün birgə investisiya fondları yaratmışıq. Bu təşəbbüs artıq öz bəhrəsini verməkdədir”, – deyə Baş nazir əlavə edib.

Bildirilib ki, Azərbaycan ənənəvi olaraq nəqliyyat-tranzit sektorunda əməkdaşlığa böyük əhəmiyyət verir.

“Avropa və Asiyanın qovşağında yerləşən əlverişli coğrafi mövqeyi, eləcə də müasir infrastrukturu sayəsində Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika hablarından birinə çevrilib”, – deyə Ə.Əsədov qeyd edib.

Vurğulanıb ki, Azərbaycan ərazisindən yük axını sabit templə artır, ötən il tranzit daşımaların həcmi 8 faiz artıb.

Qeyd olunub ki, yükdaşımalarının artım dinamikasını nəzərə alaraq, Azərbaycan öz ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi istiqamətində fəal addımlar atır.

İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan ərazisində ölkənin Aİİ-dəki tərəfdaşlarına onların tranzit ehtiyaclarını ödəmək üçün həvəslə təqdim etdiyi dəmir yolu və avtomobil yolları infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mütəmadi əsasda iş aparılır.

Baş nazir çıxışının sonunda Azərbaycanın Aİİ üzvü olan tərəfdaşları ilə bütün sahələrdə əməkdaşlığı artırmaq üçün bundan sonra da bütün lazımi səyləri göstərməyə hazır olduğunu bildirib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv