Kirayə mənzil bazarında SON VƏZİYYƏT

Kirayə mənzil bazarında SON VƏZİYYƏT






presstv

"Presstv"az #kirayə mənzil bazarı, #Mənzil bazarı, #Ramil Osmanlı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son vaxtlarda kirayə mənzil bazarında yeni tendensiya müşahidə olunur. Əvvəl daha çox əşyalı mənzilə rast gəlinirdirsə, indi evlər daha çox boş təklif olunur.

presstvaz   Xəzər TV-yə istinadən məlumat verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, mülkiyyətçi mənzili yenidən təmir etdikdən sonra onu əşya ilə təmin etməkdə maraqlı olmur. Hər iki halda mənzilin kirayə qiyməti təqribən eyni təklif edildiyindən bazarda bu tendensiya yaranıb.

Ramil Osmanlı bildirib ki, kirayə mənzil bazarında hazırda tələb təklifi üstələdiyindən qiymətlərdə artım müşahidə olunur. Üstəlik bu artım dövri xarakter daşımır.

Ekspert bildirib ki, paytaxtda istismar müddəti başa çatmış və müəyyən layihələr çərçivəsində sökülməsi planlaşdırılan xeyli bina var. Bunu nəzərə alsaq, kirayə mənzil bazarında qiymət artımının davam etməsi gözlənilir.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv