Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır

Bakı metrosunda 51 yeni stansiyanın inşası planlaşdırılır






presstv

"Presstv"az #Bakı, #Bakı Metropoliteni, #İlham Əliyev, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi planlaşdırılır.

presstvaz   xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramında deyilir.

“Bu layihələr həm sərnişin axınının rahatlığını təmin edəcək, həm də şəhərin davamlı mobillik strategiyasına töhfə verəcəkdir”, – proqramda qeyd olunub.

Bildirilib ki, xarici təchizatçı ilə 65 vaqonun tədarükü üzrə müqavilə imzalanıb, 2024-cü ildə 35 vaqon ölkəyə gətirilərək sərnişinlərin istifadəsinə verilib.

Artan sərnişin tələbi nəzərə alınaraq, bu ildən etibarən 2030-cu ilədək 10 yeni metro stansiyasının tikintisi planlaşdırılır.

2025-2030-cü illər ərzində İstismar müddətini başa vurmuş (hərəkət tərkiblərinin) vaqonların yenilənməsi və 299 ədəd yeni vaqonun alınması planlaşdırılır.

“Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən, metropolitenin ümumi şəbəkəsinin 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və

119,1 km uzunluğunda xətlərdən ibarət olması nəzərdə tutulur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv