“Kanalizasiya qoxusundan boğuluruq” – Suraxanıdan ŞİKAYƏT

“Kanalizasiya qoxusundan boğuluruq” – Suraxanıdan ŞİKAYƏT






presstv

"Presstv"az #Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA), #Bakı, #İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (İŞBSTX), #Kanalizasiya problemi, #Sakin şikayəti, #Suraxanı rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsinin sakinləri ətrafa axan kanalizasiya sularının təmizlənməməsindən şikayətçidirlər.

presstvaz bildirir ki, şikayət ünvanlayan sakinlər qeyd ediblər ki, şamboları təmizləmək çox baha başa gəlir:

“Qəsəbədə kanalizasiya yoxdur. Buna görə də kanalizasiya suları ətrafa tökülür. Şamboları vaxtında təmizləmək mümkün deyil, maliyyəti yüksəkdir. Buna görə də kanalizasiya qoxusundan boğuluruq”.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətidən (İŞBSTX) bildirilib ki, kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb:

“Qeyd olunan ünvanda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. ADSEA-nın sifarişi ilə kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. O cümlədən, yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.

Hazırda mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud olmayan yerlərdə vətəndaşlar şambo quyularından da istifadə edə bilirlər. Bu kimi quyuların təchizatı, təmizlənməsi və s. məsələləri isə onların öz hesablarına aparılır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fəaliyyətini şəbəkə mövcud olan ərazilərdə həyata keçirir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv