Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir

Ermənistan Azərbaycan və Gürcüstanın iştirak etdiyi layihəyə qoşulmaq istəyir






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Ermənistan, #Gürcüstan, #İrakli Kobaxidze, #Macarıstan, #Mətbuat konfransı, #Nikol Paşinyan, #Qara dəniz

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinə qoşulmağa hazır olduğunu bildirib.

presstvaz  Oxu.Az-a   istinadən xəbər verir ki, o, bu barədə iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclaslarından sonra gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə mətbuat konfransı zamanı danışıb.

“Mən regional və qeyri-regional layihələrdə inklüzivliyin təmin edilməsinin vacibliyini qeyd etmək istərdim. Bu kontekstdə biz Ermənistanın Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinə qoşulmaqda maraqlı olduğunu və hazır olduğunu vurğulayırıq”, – Ermənistanın baş naziri deyib.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıblar. Əldə edilmiş razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 km uzunluğunda Qara Dəniz Enerji sualtı elektrik kabelinin tikintisi nəzərdə tutulur. Kabel Azərbaycanda hasil edilən yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, Macarıstana və Avropanın qalan hissəsinə nəql edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv