ABŞ-də ermənipərəst siyasətçi 11 il müddətinə azadlıqdan məhrum edilib

ABŞ-də ermənipərəst siyasətçi 11 il müddətinə azadlıqdan məhrum edilib






presstv

"Presstv"az #ABŞ, #Amerika Birləşmiş Ştatları (ABŞ), #Azərbaycan, #Bob Menendes, #Dollar, #Hakim, #Məhkum, #Nyu-York, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Nyu-York məhkəməsi ermənipərəst siyasətçi və keçmiş senator Bob Menendesi korrupsiya, rüşvətxorluq və xarici dövlətlərin maraqları üçün lobbiçilik ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edib.

presstvaz   xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

18 il Nyu-Cersi senatoru vəzifəsində işləmiş Menendes nüfuzundan lobbiçilik üçün istifadə etmək də daxil olmaqla, 16 maddə üzrə mühakimə olunub. 2022-ci ildə onun evində axtarış zamanı rüşvətlə əlaqəli 150 min dollar qızıl külçə və 480 min dollar pul tapılıb.

Prokurorluq isə cinayətlərinin görünməmiş xarakter daşıdığını əsas gətirərək, Menendesin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Onunla birlikdə 10 ilə qədər həbs cəzası gözlənilən Vael Hana və Fred Deybs də məhkum edilib.

Xatırladaq ki, Menendes ABŞ-nin Azərbaycana helikopter satışına icazə verən qətnaməni, eləcə də Metyu Brayzanın ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə təyin olunmasını əngəlləyib.

O, həmçinin ABŞ-nin Azərbaycana hərbi yardımı və Türkiyəyə F-16 qırıcıları və onun komponentlərinin satışının qarşısını alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv