Avtomobillərin utilizasiyası prosesi sürətləndiriləcək

Avtomobillərin utilizasiyası prosesi sürətləndiriləcək






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Avtomobillərin utilizasiyası, #Azərbaycan, #Bakı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İstismar müddəti başa çatmış avtomobillərin utilizasiya prosesi daha da sürətləndiriləcək. Bu işlərin həyata keçirilməsi üçün bu il dövlət büdcəsindən 50 milyon manat ayrılması nəzərdə tutulub.

presstvaz   Xəzər TV-yə istinadən məlumat verir ki, nəqliyyat sektoru üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, bu məbləğ utilizasiya fonduna əlavə dövlət dəstəyi kimi qiymətləndirilə bilər. Fonda dövlət büdcəsindən başqa, ölkəyə gətirilən köhnə avtomobillərdən tutulan utilizasiya haqları da daxil edilir.

Hazırda Azərbaycanda avtomobillərin utilizasiyasını həyata keçirən yalnız bir qeydiyyatdan keçmiş utilizator mövcuddur. O da Bakıda yerləşir.

Ekspert qeyd edib ki, utilizasiyaya verilən avtomobillər yararsız olur. Onların yük avtomobilləri ilə Bakıya gətirilməsi vətəndaşlar üçün əlavə maliyyə xərci yaradır.

E.Cəfərov təklif edir ki, toplanan vəsaitlərdən istifadə edərək, bölgələrdə də utilizasiya məntəqələri və avtoparklar yaradılsın.

Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllüdür. Utilizasiyaya verilməmişdən əvvəl nəqliyyat vasitələri dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv