BMT Trampın qərarına görə humanitar missiyaları azaldır

BMT Trampın qərarına görə humanitar missiyaları azaldır






presstv

"Presstv"az #ABŞ, #Birləşmiş Millətlər Təşkilatı (BMT), #Dollar, #Donald Tramp, #Dondurma, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ Prezidenti Donald Trampın xaricdəki bütün yardım proqramlarını 90 gün dayandırmaq qərarına görə humanitar missiyaları azaltmağa başlayıb.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “The Guardian” məlumat verir.

Bildirilir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) rəhbəri əməkdaşlara xərcləri məhdudlaşdırmaq, bütün beynəlxalq daşımaları dayandırmaq və yeni satınalmaları 90 gün dondurmaq əmri ilə məktub göndərib.

UNHCR dünyanın 136 ölkəsində 122 milyon qaçqına yardımın göstərilməsini idarə edir.

ABŞ BMT-nin əsas sponsorudur – təşkilatın büdcəsinin 22%-i onun payına düşür. Hazırda Vaşinqtonun təşkilat qarşısında borcu 2,8 milyard dollar təşkil edir.

Qeyd edək ki, ABŞ məhkəməsi Trampın qrantları və kreditləri, eləcə də digər maliyyə yardımı proqramlarını dondurmaq barədə qərarını 3 fevral tarixinədək dayandırıb.

Yanvarın 28-də bir neçə qeyri-kommersiya təşkilatları koalisiyası ABŞ prezidenti administrasiyasının tərkibindəki İdarəetmə və Büdcə İdarəsinin rəhbərliyinə qarşı iddia qaldırıb. İddiaçıların fikrincə, federal qrantlar və maliyyələşdirmə bir çox qeyri-kommersiya təşkilatları üçün həyat mənbəyidir. Sənəddə qeyd olunur ki, maliyyələşdirmədə qısamüddətli fasilə insanları və icmaları vacib xidmətlərdən məhrum edə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv