“Telegram”da istifadəçilər və kanallar üçün yeni möhtəşəm FUNKSİYALAR

“Telegram”da istifadəçilər və kanallar üçün yeni möhtəşəm FUNKSİYALAR






presstv

"Presstv"az #Hərrac, #Telegramda yeni funksiya, #TON blokçeyni

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Telegram” mesenceri öz istifadəçilərini yeni funksiyaları ilə sevindirməyə davam edir. Bu dəfə tərtibatçılar hədiyyələrin funksionallığını əhəmiyyətli dərəcədə genişləndirərək onları daha maraqlı və çoxfunksiyalı ediblər. Belə ki, artıq hədiyyələri status kimi təyin etmək, hərracda satmaq, blokçeynə göndərmək və kanallara hədiyyə etmək mümkündür.

presstvaz-ın məlumatına görə, bu barədə şirkətdən xəbər verilib.

Bildirilir ki, kolleksiya hədiyyələrini unikal emoji-statuslar kimi istifadə etmək mümkün olacaq, hədiyyənin naxışı və fonu istifadəçi profilinin dizaynını yeniləyəcək, hədiyyənin özü isə parlaq ulduzlarla işıqlanacaq.

Bundan başqa, artıq hədiyyəni təkcə istifadəçilərə deyil, kanallara da göndərmək olar. Həmçinin ulduzlar müqabilində hədiyyəni təkmilləşdirmək olar ki, alıcı onu kolleksiya əşyasına çevirə bilsin.

Qeyd edilir ki, hədiyyələri TON blokçeyninə göndərmək, vəsait toplamaq məqsədilə hərracda satmaq da mümkün olacaq.

Kolleksiya hədiyyəsinin alınması haqqında “Hekayələr”də paylaşım etmək də olar. Kanalların profillərinə isə abunəçilərin verdikləri bütün hədiyyələri görməyi mümkün edən ayrıca “Hədiyyələr” bölməsi əlavə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv