“Haber Global”: Türkiyə, Azərbaycan və Özbəkistan rəsmiləri sabah Ankarada bir araya gələcəklər

“Haber Global”: Türkiyə, Azərbaycan və Özbəkistan rəsmiləri sabah Ankarada bir araya gələcəklər






presstv

"Presstv"az #Azərbaycan, #Ceyhun Bayramov, #Haber Global, #Hakan Fidan, #Mikayıl Cabbarov, #Özbəkistan, #Rəşad Nəbiyev, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sabah, yanvarın 29-da Türkiyənin paytaxtı Ankarada Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

presstvaz   xəbər verir ki, üçtərəfli görüş barədə “Haber Global” televiziya kanalında süjet yayımlanıb.

Məlumatda qeyd olunur ki, görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, ticarət naziri Ömer Bolat və Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu iştirak edəcək.

Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev daxildirlər.

Süjetdə qeyd olunur ki, görüşün gündəliyinə xarici siyasət və regional əməkdaşlıq məsələləri, ticarət, iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, regional nəqliyyat şəbəkələrinin inkişafı, nəqliyyat və rabitə sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.

Həmçinin üç ölkənin rəsmi şəxsləri birgə fəaliyyət planının həyata keçirilməsi ilə bağlı Yol Xəritəsini razılaşdıracaqlar.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv