Yük maşını ilə magistral yolda “avtoşluq” etdilər

Yük maşını ilə magistral yolda “avtoşluq” etdilər






presstv

"Presstv"az #Avto, #Avtoxuliqanlıq, #Bakı, #Daxili İşlər Nazirliyi (DİN), #Qazax, #Şəmkir

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Magistral yolda avtoxuliqanlıq edən sürücü həbs edilib.

presstvaz   xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Goranboy rayon sakini Yusif Elşad oğlu Qasımov idarə etdiyi 57-AC-845 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax yolunda hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün DYP əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib, lakin sonuncu polisin qanuni tələbinə tabe olmayaraq qanunsuz hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində Y.Qasımovun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılaraq müvafiq sənədləşmə aparılıb, toplanmış materiallar baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Y.Qasımov nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 25 gün müddətində inzibati qaydada həbs edilib.

Həmin görüntüləri təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv