Lukaşenko: “Paşinyan Ermənistanı məhv edəcək”

Lukaşenko: “Paşinyan Ermənistanı məhv edəcək”






presstv

"Presstv"az #Aleksandr Lukaşenko, #Avropa, #Azərbaycan, #Belarus, #Ermənistan, #İlham Əliyev, #İrəvan, #Nikol Paşinyan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan rəhbərliyinin siyasətindən ciddi narahatlığını ifadə edib və bunun ölkəni məhvə apara biləcəyini bildirib. Dövlət başçısı Ermənistan rəhbərliyini, xüsusilə, Avropa İttifaqı ilə “təhlükəli oyun” adlandırdığı əlaqələrdən çəkindirib.

presstvaz-ın BELTA-ya istinadən məlumatına görə, o, bu barədə Minskdə jurnalistlərə bəyan edib.

“Onlar Aİ ilə flört etməyə başladılar. Bu çox təhlükəli oyundur. Onu sakitləşdirin. O, Ermənistanı məhv edəcək”, – deyə Lukaşenko bildirib.

Belarus Prezidenti vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan öz hərəkətləri ilə təkcə Rusiyanı özünə qarşı qoymur, həm də kiçik ərazisi və əhalisi olan ölkəsini düşmənlərlə əhatə edir.

“O, ölkəni məhv edəcək. Ona görə də, onu sakitləşdirmək lazımdır. Qafqazda müharibəyə yol vermək olmaz”, – dövlət başçısı deyib.

Aleksandr Lukaşenko həmçinin Ermənistan rəhbərliyinin Belarusa olan incikliyindən danışıb.

“Onlar məndən inciyirlər ki, mən Azərbaycanı dəstəkləmişəm. Allah xatirinə, mən həmişə sağlam düşüncəni dəstəkləmişəm, müharibə olmasın, bir-birimizlə vuruşmayaq deyə çalışmışam”, – o bildirib.

Prezident xatırladıb ki, vaxtilə Azərbaycan və Ermənistan liderləri arasında ərazi mübahisəsinin sülh yolu ilə həllinə kömək etməyə çalışaraq faktiki olaraq vasitəçilik funksiyasını yerinə yetirib və Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi əməkdaşlıq təklif edib.

“Əliyevin hətta Ermənistanla müharibə etmək məqsədi yox idi”, – Belarus lideri deyib.

Aleksandr Lukaşenko qeyd edib ki, bunları Ermənistanda da açıq şəkildə səsləndirirdi, lakin rəsmi İrəvan rəhbərliyi bu təklifləri inkişaf etdirməyib.

“Baş verənlər Ermənistan rəhbərliyinin günahıdır. Yalnız onların günahıdır”, – deyə prezident vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv