Ərləri ilə münasibətə girən qadınları təhqir etdirən rəhbər – ARAŞDIRMA

Ərləri ilə münasibətə girən qadınları təhqir etdirən rəhbər – ARAŞDIRMA






presstv

"Presstv"az #Araşdırma, #Çin, #Çin Xalq Respublikası, #Hadisə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çində keçən əsrin əvvəllərində baş verən inqilablar, çevrilişlər kasıb kəndli ailəsindən olan Mao Tsedunun həyatında dərin izlər buraxır ki, bu da onun elə gənc ikən marksizm ideologiyasının davamçısı olacağına qərar verməsi ilə nəticələnir.

presstvaz   Baku TV-yə istinadla xəbər verir ki, 1949-cu il oktyabrın 1-də M.Tsedun Çin Kommunist Partiyasının nəzarətində olan marksist-leninist birpartiyalı dövlət olan Çin Xalq Respublikasının yaradıldığını elan edir.

1958-ci il qurultayında “Böyük sıçrayış” proqramını önə sürən M.Tsedun bütün ölkəni sənayeləşməyə apardığını açıqlayır. Sovetlərdə kolxoza bənzəyən kommunalar təşkil olunur. Amma bu daha dəhşətli kollektivləşmə idi. Hər kommunaya 2 000 ailə təhkim edilir.

Onun 1958-ci il fevralın 15-də verdiyi qərara əsasən, sərçə, ağcaqanad, siçan və milçəklərlə mübarizə başlayır. Çin bioloqlarının araşdırmalarına görə, bu canlılar taxıla ziyan vururdu. Nəzərə alsaq ki, milçək, ağcaqanad və siçanları kütləvi qırmaq mümkün deyil, bu məsələ unudulmağa başlayır. Siyahıda yalnız sərçələr qalır və çinlilər onları kütləvi surətdə qırmağa başlayırlar.

Sərçələr məhv olunandan sonra Çin tırtılların və çəyirtkələrin çoxalaraq taxıla zərər verməsi ilə üz-üzə qalır və ölkə M.Tsedunun siyasəti nəticəsində tarixin ən böyük aclığı ilə sınanır.

Kommunalarda isə insanlar qul kimi işləyirdilər. Şəxsi həyat onların başını qatmasın deyə qadınlar və kişilər ayrı-ayrı yaşayırdılar.

Jurnalist Yan Tsijenin sözlərinə görə, evli cütlüklərin şəxsi həyatı yox idi: “Olsa belə, çox gizli baş verirdi. Kimsə həyat yoldaşı ilə münasibətdə olardısa, buna şahid olanlar xəbərçilik edirdilər. Bu zaman qadınlar o qədər alçaldılırdılar ki, bəziləri hətta intihar edirdilər”.

Böyük aclığın ən dəhşətli nəticələrindən biri adamyeyənlik idi. 1960-cı ildə Anhui əyalətində 1 289 belə hadisə qeydə alınıb. Fenyangda cütlük səkkiz yaşlı oğlunu boğaraq yeyib. Bəzi valideynlər öz uşağını öldürməyə cəsarət etmirdilər. Övladlarını başqa ailələrin uşaqları ilə dəyişirdilər və onların balalarını yeyirdilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv