Türkiyədə bina uçdu: Dağıntılar altında qalan üç nəfər xilas edildi

Türkiyədə bina uçdu: Dağıntılar altında qalan üç nəfər xilas edildi






presstv

"Presstv"az #Araşdırma, #Hadisə, #Konya, #Türkiyə, #Türkiyədə bina uçdu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Konya vilayətində çökən üçmərtəbəli binada axtarış-xilasetmə işləri davam etdirilir.

presstvaz   Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə(AFAD) istinadən xəbər verir ki, xilasedicilər çökmə zamanı sağ qalan üç nəfəri dağıntıların altından sağ çıxara bilib.

Dağıntılar altından çıxarılan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, sosial şəbəkədə AFAD əməkdaşı ilə dağıntılar altından xilas edilən şəxslərdən birinin dialoqunun videosu yayılıb.

“Ümumilikdə 200-dən artıq canlı qüvvə və 27 texniki vasitə yönləndirilib”.

presstvaz   xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Konya şəhərində yaşayış binasının çökməsi ilə bağlı mətbuata açıqlamasında bildirib.

Nazir çökmə ilə bağlı ilkin məlumatın saat 20:05-də daxil olduğunu, AFAD qruplarının saat 20:15-də hadisə yerinə çatdıqlarını deyib.

Konya valisi İbrahim Akın isə binada 5 nəfərin olduğu barədə məlumat aldıqlarını, başqa mənzillərdə sakinlərin olub-olmadığı ilə bağlı araşdırma apardıqlarını bildirib.

Türkiyənin Konya vilayətində üçmərtəbəli bina uçub.

presstvaz   xəbər verir ki, bu barədə “NTV” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, hadisə Selcuklu rayonunda qeydə alınıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.

Öz növbəsində, DHA agentliyi iki nəfərin xilas edildiyini, lakin daha bir neçə nəfərin dağıntılar altında ola biləcəyini bildirib.

Hazırda axtarış tədbirləri davam etdirilir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv