Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi

Rusiyada istintaq AZAL təyyarəsinin qəzaya uğramasının günahkarlarını müəyyən etdi






presstv

"Presstv"az #Aktau, #Aktau şəhəri, #Azərbaycan, #Bakı, #Caliber, #Cinayət işi, #Gəmi, #Hava Yolları, #Qazax, #Qazaxıstan, #Qroznı, #Rusiya, #Suriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Hava Yollarının təyyarəsinin qəzası ilə bağlı Rusiyada aparılan cinayət işi üzrə istintaq təsdiq edib ki, hava gəmisi “Pantsir S-1” HHM sistemi tərəfindən vurulub.

presstvaz-ın məlumatına görə, bu barədə Caliber.az-da dərc olunan materialda qeyd olunur.

Bildirilir ki, qurğu Suriyadan Rusiyaya gətirilib.

“Həmçinin bizə məlum olub ki, Rusiyada istintaq Azərbaycan təyyarəsinə qarşı radioelektron mübarizə vasitələrinin tətbiq edildiyini təsdiqləyib. Bu, hava gəmisinin idarəetmə sisteminin sıradan çıxmasına səbəb olub. Rusiyadakı istintaq mülki təyyarəyə atəş açan və həmçinin bu əmri verən şəxsi müəyyən edib. Bundan əlavə, redaksiyamıza artıq bu şəxslərin adları və rütbələri məlumdur və biz bu məlumatı lazımi vaxtda oxucularla mütləq bölüşəcəyik”, – deyə nəşrdə vurğulanıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstanın Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan itkisi və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv