Ermənistan mühəndis-istehkam qurğularının sayını artırır: Sülhə təhdid, yoxsa yeni münaqişə?

Ermənistan mühəndis-istehkam qurğularının sayını artırır: Sülhə təhdid, yoxsa yeni münaqişə?






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Azərbaycan-Ermənistan münasibətləri, #Ermənistan, #Fransa, #Hindistan, #Milli Məclis, #Münaqişə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Son günlər Ermənistan silahlı qüvvələri özünün birinci eşelon korpuslarının müdafiə zolaqlarında yeni mühəndis-istehkam qurğuları və içərisində dərinləşdirilmiş bunkerlər və betonlaşdırılmış müdafiə qurğuları yaradır”.

presstvaz bildirir ki, bunu Oxu.Az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib.

Onun sözlərinə görə, bu, Ermənistan silahlı qüvvələrinin silahlanmasının “yol xəritəsi”nin bir hissəsi kimi qiymətləndirilməlidir:

“Sürətli silahlanmanı Ermənistan 2020-ci ilin 8 noyabrından bu günə qədər davam etdirir. Xüsusən də Fransadan, Hindistandan, Yunanıstandan, Amerika Birləşmiş Ştatlarından alınan hücum silahları indi inşa edilən dərinləşdirilmiş bunkerlərdə yerləşdirilir. Məqsəd gələcəkdə Azərbaycana qarşı mümkün ola biləcək yeni münaqişədə bu silahlardan istifadə etməkdir.

Ermənistanın silahlanması, mühəndis-istehkam qurğularının, dərinləşdirilmiş bunkerlərin yaradılması ilə paralel olaraq, şərti sərhəddə Avropa İttifaqının mülki missiyası Azərbaycanın birinci eşelon bölmələrinin dislokasiya rayonlarına dair kəşfiyyat məlumatlarını toplayıb, qərargahlara ötürülməsi fəaliyyətini icra edir. İndi Ermənistanın ABŞ ilə bağladığı strateji tərəfdaşlıq xartiyası çərçivəsində də ABŞ sərhədçilərinin və gömrük nəzarətçilərinin Ermənistan sərhədinə gətirilməsi həyata keçiriləcək. Bütün istiqamətlərdə baş verən bu proseslər göstərir ki, Ermənistan sülh mesajlarının verilməsi fonunda, əksinə olaraq, sürətlə silahlanır və mümkün ola biləcək yeni münaqişədə istifadə oluna biləcək silah və texnikanı yeni yaradılmış bunkerlərdə yerləşdirərək, Azərbaycana qarşı istifadə etməyi planlaşdırır”.

“Sülh sazişi olmadığı bir müddətdə biz bununla yanaşı, Ermənistan tərəfindən şərti sərhəddə mümkün təxribatları da gözləməliyik. Adətən, müşahidə məntəqələrimizin yaxınlığında və yaxud birinci eşelon bölmələrimizin müdafiə rayonlarında diversiya-təxribat fəaliyyətləri həyata keçirilir və Azərbaycanı da adekvat addım atmağa təhrik edirlər. Sülh sazişi olmadığı üçün bu təxribatlar avtomatik olaraq yeni münaqişəyə çevrilir. Nəzərə alsaq ki, Ermənistanı dəstəkləyən qüvvələrin də bizim coğrafiya ilə bağlı planları var, ona görə də onlar hər formada belə təxribatlara əl atırlar”, – deyə ekspert vurğulayıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə Oxu.Az-a açıqlamasında deyib ki, Ermənistanın 44 günlük Vətən müharibəsi və birgünlük antiterror əməliyyatından sonra həqiqəti dərk edəcəyi, beynəlxalq hüquqa söykənən normal qonşuluq münasibətləri qurmağa çalışacağı gözlənilsə də, məlum olur ki, həqiqət hələ də onlara çatmayıb:

“Onlar yenə də köhnə və yeni hamilərinin məsləhətləri ilə Azərbaycana qarşı təxribatlar törətməyə meyillidirlər. Ermənilər öz ərazilərində hərbi istehkamlar qura bilərlər, mümkündür ki, onlara xaricdən ayrılan pulun bir hissəsi də məhz buna yönəldilib, ancaq onu da bilməlidirlər ki, heç bir zaman Azərbaycanın hərbi qüdrətinə çata bilməzlər. Ermənilər düşünməsinlər ki, Azərbaycanın səbrini yoxlayacaqlar, amma bu, cavabsız qalacaq. Şübhəsiz ki, Azərbaycan bu prosesləri izləyir və ölkəmizə qarşı hər hansı bir təxribat olarsa, buna qarşı sərt və uzun müddət yaddan çıxarılmayacaq cavab veriləcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv