Astarada 9 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Astarada 9 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb






presstv

"Presstv"az #Araşdırma, #Astara Rayon Polis Şöbəsi, #Cinayət işi, #İran, #Lənkəran, #Məhkum, #Narkotik vasitələrin qanunsuz dövriyyəsi, #Qaçaqmalçılıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlərlə 38 yaşlı Amid Bəşirli və əvvəllər məhkum olunmuş 44 yaşlı Nurlan Abbasov saxlanılıb.

presstvaz   xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 9 kiloqram marixuana aşkarlanıb.

Araşdırmalarla onların həmin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından qaçaqmalçılıq yolu ilə əldə etdikləri müəyyən olunub.

Həyata keçirilən digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha iki nəfər – əvvəllər məhkum olunmuş Camal Rzayev və Günay Cəfərova da saxlanılıblar. Onlardan metamfetamin və marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv