Serenay Sarıkayanın qalmaqallı meneceri saxlanıldı

Serenay Sarıkayanın qalmaqallı meneceri saxlanıldı






presstv

"Presstv"az #Araşdırma, #Haber Global, #Hadisə, #İstanbul, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin məşhur menecerlərindən olan Ayşe Barım “Gezi Parkı” hadisələrində iştirak etdiyi iddiası ilə saxlanılıb.

presstvaz-ın “Haber Global”a istinadla verdiyi məlumata görə, bu barədə İstanbul Prokurorluğu xəbər verib.

Bildirilir ki, aparılan araşdırmalar nəticəsində Barımın “Gezi Parkı” hadisələrinin əsas təşkilatçılarından biri olduğu müəyyən edilib. Belə ki, o, hadisələr zamanı sosial media vasitəsilə insanları küçələrə çıxmağa təşviq edib.

Barım “Gezi Parkı” hadisələrinin digər təşkilatçıları olan Memet Ali Alabora, Mehmet Osman Kavala və Çiğdem Mater Utku ilə sıx əlaqədə olub.

Barımın şirkəti “ID Danışmanlık Limited” vasitəsilə bir sıra məşhur sənətçiləri də hadisələrdə iştirak etməyə yönləndirdiyi bildirilir.

Ayşe Barım Türkiyə hökumətini devirməyə və ya onun fəaliyyətinə mane olmağa cəhd etmə ittihamı ilə saxlanılıb. Prokurorluq tərəfindən Barımın evi və ofisində axtarışlar davam edir. “Gezi Parkı” hadisələri ilə bağlı araşdırmalar genişləndirilmiş şəkildə davam etdiriləcək.

Qeyd edək ki, 2013-cü ildə baş verən “Gezi Parkı” hadisələri zamanı 10 minlərlə insan küçələrə çıxaraq hökumət əleyhinə etiraz aksiyaları keçirib. Hadisələr zamanı çoxsaylı insanlar xəsarət alıb, ölənlər olub. “Gezi parkı” hadisələrinin C.Soros tərəfindən idarə edildiyi haqqında məlumatlar mövcuddur.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən “ID Consulting Limited” şirkətinin təsisçisi və ortağı, Serenay Sarıkaya kimi bəzi sənətçilərin meneceri olan Ayşe Barım haqqında sosial media platformalarında yayılan paylaşımlarda və xəbərlərdə yer alan iddialara dair də istintaq başladılıb. İstintaqın “iş azadlığının pozulması” və “şantaj” kimi iddialarla bağlı olduğu öyrənilib. İstintaq çərçivəsində Barım barəsində xaricə çıxış qadağası şəklində məhkəmə ədliyyə nəzarəti də tətbiq edilib. Ayşe Barım film sektorunda inhisarçılıq iddiaları ilə də gündəmə gəlmişdi. Əks fikirdəki aktyorları sektordan uzaqlaşdırdığı ilə bağlı tənqidlərə məruz qalan Barım istintaq prosesində bu iddialarla bağlı da sorğu-sual olunacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv