Fransada karikatura jurnalının redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq

Fransada karikatura jurnalının redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq






presstv

"Presstv"az #Charlie Hebdo satirik jurnalı, #Fransa, #Parisdə terror aktı, #Terror aktı cəhdi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2020-ci ildə Parisdə “Charlie Hebdo” satirik jurnalının keçmiş redaksiyası qarşısında insanlara hücum edən Pakistan vətəndaşı 30 il müddətinə azadlıqdan məhrum edilib.

presstvaz   AFP agentliyinə istinadən xəbər verir ki, 29 yaşlı pakistanlı terror törətməkdə təqsirli bilinib. Hakimlər onun Fransaya girişinə həmişəlik qadağa qoyulması və terrorçularınn məlumat bazasına salınması barədə qərar qəbul ediblər.

Xatırladaq ki, 2020-ci il sentyabrın 25-də “Charlie Hebdo” jurnalının keçmiş redaksiyası yaxınlığında “Premier Line” agentliyinin iki əməkdaşı bıçaqlı hücuma məruz qalıb və ağır yaralanıb. Hücum edən şəxs günahını etiraf edib və öz hərəkətini jurnalın Məhəmməd peyğəmbərin karikaturalarını dəfələrlə dərc etməsi ilə əsaslandırıb.

İstintaq zamanı Pakistandan olan daha 4 nəfər saxlanılıb. Onlar terror aktı törətməkdə ittiham olunaraq mühakimə edilib və 3 ildən 12 ilədək həbs cəzası alıblar. Onların Fransaya təkrar girişi də qadağan edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv