Seçki günü internet istifadəçiləri seçki məntəqəsindəki bütün prosesləri müşahidə edə bilərlər

Seçki günü internet istifadəçiləri seçki məntəqəsindəki bütün prosesləri müşahidə edə bilərlər






presstv

"Presstv"az #Azərbaycan, #Bələdiyyə, #Bələdiyyə seçkisi, #Məzahir Pənahov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanda keçirilən seçkilərdə bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son innovativ nailiyyətlərindən geniş və səmərəli istifadə edilməklə, səsvermə günü də aşkarlığın və şəffaflığın böyük miqyasda təminatına nail olunub”.

presstvaz   xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, ölkəmizin seçki praktikasında uzun illərdir müvəffəqiyyətlə tətbiq olunan veb-kamera təcrübəsi seçki günü səsvermə məntəqələrində proseslərin gedişini internet üzərindən hamı üçün açıq platformada tam şəkildə, arasıkəsilmədən, habelə real vaxt rejimində dünyanın istənilən yerindən və heç bir qeydiyyat tələb olunmadan müşahidə etmək imkanı yaradır:

“Müxtəlif kateqoriyalı aşkarlıq institutlarının seçki prosesində rahat, asan iştirakı və sərbəst fəaliyyətləri üçün yaradılan hərtərəfli və geniş şərait baxımından Azərbaycan öncül ölkələrdən biridir. Mərkəzi Seçki Komissiyası veb-kameraların səsvermə günü aşkarlığın və şəffaflığın təmin olunmasındakı müstəsna rolunu nəzərə alaraq, qarşıdan gələn bələdiyyə seçkisində də 118 seçki dairəsi üzrə 1 000 seçki məntəqəsində veb-kamera quraşdırılmasına qərar verib və həmin məntəqələrin siyahısı rəsmi dərc olunub.

Seçki günü internet istifadəçiləri istər ölkə daxilində, istərsə də xaricdə Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, müasir standartlara cavab verən və ən yüksək görüntü effektinə malik bu veb-kameralar vasitəsilə seçki məntəqələrindəki bütün prosesləri – səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini canlı və fasiləsiz müşahidə edə bilərlər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv