Xətai rayonunda içməli su fasilələrlə verilir? – AÇIQLAMA

Xətai rayonunda içməli su fasilələrlə verilir? – AÇIQLAMA






presstv

"Presstv"az #İçməli su, #Vətəndaş şikayəti, #Xətai rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxtın Xətai rayonunun Səməd bəy Mehmandarov küçəsi, 74 ünvanında yaşayan sakinləri günün istənilən vaxtı su problemi yaşayırlar. Səbəb isə çox sadədir. Binada çənlərə icazə verilmir, su isə qrafiklə verilir.

presstvaz   Xəzər TV-yə istinadən məlumat verir ki, onların sözlərinə görə, illər öncə binalarının damındakı çənlər yığışdırılarkən suyun fasiləsiz veriləcəyi bildirilsə də, bu, sadəcə vəd olaraq qalıb.

Vətəndaşlar bildiriblər ki, problemlə bağlı müxtəlif qurumlara müraciət etsələr də, vəziyyət dəyişməyib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “Xəzər Xəbər”ə bildirilib ki, qeyd olunan ərazidə suyun verilməsi qrafikli rejimlə tənzimlənir. Bu rejimin tətbiqi bütün abonentlərin dayanıqlı içməli su ilə təminatına hesablanıb.

Əhalinin fasiləsiz su ilə təminatı istiqamətində mərhələli şəkildə işlər həyata keçirilir. Sözügedən yaşayış binasından su çənlərinin yığışdırılması isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə aid məsələ deyil.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, binaların damından çənlər yığışdırılsa da, fasiləsiz su ilə təmin olunmayan ünvanlarda sakinlər su çənlərindən istifadə edə bilərlər. Amma burada da xüsusi meyarlar var.

İcra Hakimiyyətindən o da əlavə olundu ki, su çənlərinin yığışdırılmasına səbəb damların əsaslı təmiri, bir çox lift şaxtalarının yüklənməsi və binalardakı təhlükə ilə əlaqədar olub.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv