AZAL-ın qəzaya uğrayan təyyarəsindən sağ çıxan Səlihət Ceerova xəstəxanada 17 yaşını qeyd ETDİ

AZAL-ın qəzaya uğrayan təyyarəsindən sağ çıxan Səlihət Ceerova xəstəxanada 17 yaşını qeyd ETDİ






presstv

"Presstv"az #Aktau, #Aktau şəhəri, #AZAL təyyarəsinin qəzası, #Azərbaycan, #Bakı, #Əli Əsədov, #Hadisə, #İlham Əliyev, #Qazaxıstan, #Qroznı, #Rusiya, #Təyyarə qəzası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

AZAL-ın qəzaya uğrayan təyyarəsindən sağ qurtulan zaqatalalı Səlihət Ceerova müalicə aldığı xəstəxanada 17 yaşını qeyd edib.

presstvaz   xəbər verir ki, bu barədə “Yeni Klinika”nın mətbuat katibi Nuridə Allahyarova sosial şəbəkə hesabında paylaşım edib.

“Xəstəliyə məğlub olanlarımız üçün üzülüb, qəzadan qurtularaq yaralarına rəğmən həyatda qalanların sevincinə şərik oluruq. Səlihət ağır təyyarə qəzasından möcüzə ilə xilas olan yeniyetməmizdir. Bu gün müalicəsinin davam etdiyi “Yeni Klinika”da 17 yaşını tamamladı. Gecə ağladıq, səhər isə toparlanıb onun ad gününü qeyd etdik”, – deyə N.Allahyarova bildirib.

Xatırladaq ki, dekabrın 25-də səhər “Azerbaijan Airlines” (AZAL) QSC-yə məxsus Bakı-Qroznı “J2-8243” nömrəli reysi həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü olub.

Qeyd edək ki, qəzadan sonra Prezident İlham Əliyevin tapşırığı ilə hadisənin səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə dövlət komissiyası yaradılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv