Tailandda polis rusiyalı qadına atəş açdı

Tailandda polis rusiyalı qadına atəş açdı






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Hadisə, #Rusiya, #Tailand

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tailandın məşhur Phuket adasında polis əməkdaşı onu bıçaqla hədələyən rusiyalı qadına atəş açıb.

Bu barədə presstvaz   “SHOT” “Telegram” kanalına istinadən xəbər verir.

Məlumata görə, 56 yaşlı Marina Ryabova qəribə davranışı ilə yerli sakinlərin diqqətini çəkib. O, əvvəlcə qışqıraraq aydın olmayan ifadələr səsləndirib, daha sonra isə başqasının villasına qanunsuz daxil olmağa cəhd edib.

Hadisə şahidləri polis çağırıblar. Hadisə yerinə gələn polislər qadınla danışıqlar aparmaq istəyiblər, lakin bu zaman o, bardan mətbəx bıçağını götürüb və onlara hücum etməyə başlayıb. Polislər ərazini mühasirəyə alıblar və danışıqlar üçün tərcüməçi çağırıblar.

Qadını dayandırmaq istədikdə o, bıçağı öz qarın nahiyəsində doğru sıxıb. Tailand polisi içərisində rezin güllələr olan tapança ilə onun qoluna atəş açıb, bu zaman silah qadının əlindən yerə düşüb və o saxlanılıb. İlkin ehtimala görə, Marina Ryabova sərxoş və ya narkotik maddələrin təsiri altında olub. O, müayinə üçün Talanq xəstəxanasına aparılıb və özünə gəldikdə polis tərəfindən dindirilib.

Məlum olub ki, Marina “EDC Thailand 2025” elektron musiqi festivalına gəlib. Görünür, elə orada da sərxoş olub. Marinanın yanvarın 27-də Moskvaya uçmalı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv