Bakıda toydan sonra müğənninin çənəsini SINDIRDILAR

Bakıda toydan sonra müğənninin çənəsini SINDIRDILAR






presstv

"Presstv"az #Bakı, #Cinayət işi, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda müğəninin çənəsini sındıran şəxsə hökm oxunub.

presstvaz   Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisəni törədən 1989-cu ildə Şuşa şəhərində anadan olmuş Həsən İ. barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

Məlum olub ki, zərərçəkmiş Elçin Mayılov gecə saat 02 radələrində qonşusu Həsənin əlində “GO” markalı içki ilə yüksək səslə küçə söyüş söydüyünü görüb.

O, Həsənə yaxınlaşıb nə baş verdiyini soruşduqda, sonuncu hədsiz dərəcədə içkili olduğundan qəsdən bir neçə dəfə yumruqla onun üz nahiyəsindən vurub. Elçin Mayılov aldığı xəsarətdən çənə nahiyəsinin sınığı ilə xəstəxanaya yerləşdirilib.

Hadisə Bakıda şadlıq evlərinin birində müğənnilik fəaliyyəti ilə məşğul olan Elçin Mayılov toydan evinə qayıdırkən baş verib. Məhkəmənin qərarı ilə Həsənə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv