Dünya mediası 20 Yanvar faciəsi barədə nələr yazmışdı?

Dünya mediası 20 Yanvar faciəsi barədə nələr yazmışdı?






presstv

"Presstv"az #20 Yanvar - Ümumxalq Hüzn Günü, #Azərbaycan, #Bakı, #Böyük Britaniy, #Böyük Britaniya, #Gəmi, #Hadisə, #Rusiya, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

1990-cı ildə 20 yanvar faciəsi Azərbaycanın paytaxtı Bakını dünya mediasının manşetinə çevirmişdi.

ABŞ-nin “The New York Times” qəzeti yazmışdı ki, vaxtilə rus imperiyasının müstəmləkəsi olan Azərbaycan indi öz suveren və demokratik hüquqlarını bərpa edir. Öz azadlıq və müstəqilliyi uğrunda mübarizə aparır.

Bir neçə gün sonra “Şərqdəki dəyişimlər: Sovet İttifaqı. Şiddət – son sığınacaq. Silahlı Qüvvələr Moskvanın üzdəki hakimiyyətini xilas etməkdə” başlığı ilə “The New York Times” geniş məqalə yayıb. “The Washington Post” qəzeti Azərbaycandakı hadisələrin Mixail Qorbaçovun hakimiyyəti ələ aldığı 1985-ci il mart tarixindən bu tərəfə “ən ağır böhran” olduğunu xəbər edirdi.

“Los Angeles Times” qəzeti qeyd edir ki, bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail olublar. Böyük Britaniyanın “The Guardian” qəzeti 20 Yanvar hadisələri ilə bağlı analitik məqalədə qeyd edib ki, bu dəhşətli hərbi əməliyyat 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının imperiyanın qəlbində yaratdığı xofla bağlıdır.

“The Times” isə yazırdı ki, Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra Sovet rəhbərliyi daxilində ciddi ixtilafın olduğu üzə çıxıb. Bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir. “Financial Times” qəzeti vurğulamışdı ki, Azərbaycandakı hadisələrdən sonra M.Qorbaçovu hətta Rusiya millətçiləri də tənqid edirdilər. Qəzet yazır ki, onlar Sovet qoşunlarının Azərbaycandan çıxarılmasını tələb ediblər.

“Bakı sakinləri bir-birinin ardınca televiziya vasitəsilə öz tələblərini səsləndiriblər:

“Fövqəladə vəziyyəti aradan qaldırın və qoşunları şəhərimizdən çıxarın”, – deyə Böyük Britaniyanın “Evening Standard” qəzetində dərc olunan yazıda qeyd olunub. “The Independent” qəzeti “Azərbaycanlılar Sovet ordusu ilə növbəti raunda hazırlaşır” başlıqlı yazı dərc edib.

“The Daily Telegraph” qeyd edib ki, Sovet hərbi dəniz donanması Azərbaycan paytaxtı Bakını blokadadan guya azad etmək adı altında yük gəmilərinə atəş açaraq batırıb. Sahildən artilleriya və tanklar da atışmaya dəstək verib.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv