Ermənistan Türkiyəyə mütəşəkkil cinayətkar dəstənin başçısını ekstradisiya etdi

Ermənistan Türkiyəyə mütəşəkkil cinayətkar dəstənin başçısını ekstradisiya etdi






presstv

"Presstv"az #Ekstradisiya, #Ermənistan, #Ədliyyə Nazirliyi, #Qaçaqmalçılıq, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistan 2025-ci il yanvarın 19-da Türkiyəyə mütəşəkkil cinayətkarlıqla məşğul olan iki şəxsi ekstradisiya edib.

presstvaz   “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, həmin şəxslər İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olublar.

Məsələ ilə bağlı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında paylaşım edərək, onların şəxsiyyəti barədə məlumat yayıb. Məlumata əsasən, Ercan Yılmaz 15 ildir Türkiyə tərəfindən 43 il həbs qərarı ilə, 14 ildir isə İnterpol tərəfindən qırmızı kateqoriyada beynəlxalq axtarışa verilib. O, “Barış Boyun” cinayətkar qruplaşması ilə əlaqəsi olan cinayətkar dəstənin rəhbəri sayılır.

Digər ekstradisiya edilən isə 6 il müddətinə Türkiyə tərəfindən 10 həbs qərarı ilə, 1 ildir İnterpol tərəfindən qırmızı kateqoriyada beynəlxalq axtarışda olan cinayətkar dəstənin üzvü İbrahim Kaymakdır.

Bildirilir ki, sözügedən şəxslərin Ermənistanda həbsi Türkiyə Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi, İnterpol-Avropol İdarəsi, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Kəşfiyyat İdarəsi və Ordu Vilayəti Polis İdarəsinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Ali Yerlikaya Türkiyə tərəfi ilə əməkdaşlığa görə Ermənistanın ədliyyə nazirinin müavini Tiqran Daduntsa təşəkkür edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv