İsrail Qəzza sazişi çərçivəsində azad ediləcək məhbusların adlarını açıqlayıb

İsrail Qəzza sazişi çərçivəsində azad ediləcək məhbusların adlarını açıqlayıb






presstv

"Presstv"az #Bakı, #Benyamin Netanyahu, #Donald Tramp, #Ədliyyə Nazirliyi, #İsrail, #Misir, #Qəzza, #Qəzza zolağı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrail Ədliyyə Nazirliyi atəşkəs sazişinin birinci mərhələsində azad edilməsi planlaşdırılan fələstinli məhbusların yeni siyahısını dərc edib.

presstvaz-ın məlumatına görə, bu barədə “The Times of Israel” nəşri məlumat verib.

Bildirilir ki, İsrail hökumətinin atəşkəs sazişini təsdiqləməsindən sonra dərc edilən yeni siyahıya terrorizm və qətldə təqsirli bilinən 700-dən çox fələstinli məhbusun adı daxil edilib. Siyahıda HƏMAS və “İslami Cihad” radikal təşkilatlarının üzvləri, həmçinin İordan çayının Qərb sahilində əsas rol oynayan Fələstinin FƏTH siyasi təşkilatının üzvləri də yer alıblar.

Nazirliyin bəyanatında qeyd olunur ki, Qəzza sazişi çərçivəsində azad edilməsi planlaşdırılan məhbusların birinci qrupu bazar günü, yanvarın 19-da yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 18:00) azadlığa buraxılacaq.

Əvvəllər məlumat verilmişdi ki, İsrail hakimiyyəti Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların azad edilməsi üzrə sazişin birinci mərhələsində yalnız 95 fələstinli məhbusu azad etməyi planlaşdırır.

Qeyd edək ki, dünən gecə İsrail hökuməti Qəzza zolağında Fələstin HƏMAS qrupu ilə atəşkəs sazişini təsdiqləyib. Qərar səs çoxluğu ilə qəbul edilib: 24 səsə qarşı səkkiz səs.

Baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail ABŞ-nin seçilmiş prezidenti Donald Trampdan saziş pozulduğu təqdirdə döyüş əməliyyatlarına qayıtmaq hüququ ilə bağlı zəmanətlər alıb. Onun sözlərinə görə, Tramp vəzifəyə başladıqdan sonra İsrailə əvvəllər dayandırılmış bəzi silahların tədarükünün davam etdirilməsinə qərar verib.

Atəşkəs yanvarın 19-dan qüvvəyə minəcək, proses qrupun ələ keçirdiyi İsrail girovlarının fələstinli məhbuslarla mübadiləsini nəzərdə tutur.

42 gün davam edəcək birinci mərhələdə girovların azad edilməsi planlaşdırılıb. İsrail ordusu sıx məskunlaşmış ərazilərdən çıxarılacaq və fələstinlilər öz evlərinə qayıda biləcəklər. İsrail Silahlı Qüvvələri Qəzza zolağı ilə Misir arasındakı sərhəd boyunca və Fələstin eksklavı ilə İsrail arasındakı bufer zonasında mövcudluğunu qoruyub-saxlayacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv